Elxan Məmmədov qızıl medal qazandı

Elxan Məmmədov qızıl medal qazandı
14:57 31 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə böyük dəbilqə turnirinə yekun vurulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  yarışın ikinci günündə 73 kq çəkidə Rüstəm Orucovun gümüş medalın davamını digər idmançılar gətiriblər.
Yarışda ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Elxan Məmmədov 1/4 final mərhələsindən mübarizəyə qoşulub. Qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriçi məğlub edərək finala yüksələn kapitanımız burada isə Braziliya təmsilçisi Lusiano Korreadan üstün olaraq qızıl medala sahib çıxıb.
90 kq çəkidə təmsilçimiz Tural Səfquliyev Seyşel adalarının idmançısı Nantenaina Finessini məğlub etsə də, serbiyalı Aleksandr Kukolja uduzub. Təsəlliverici görüşdə qələbə qazanan Tural Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub. Beləliklə, cüdoçularımız yarışı üç medalla başa vurublar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR