Havanı təmizləmək üçün nəhəng tozsoran hazırlandı - FOTO

Havanı təmizləmək üçün nəhəng tozsoran hazırlandı - FOTO
18:27 31 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Niderlanddan olan mühəndislər maraqlı və bir o qədər faydalı işə imza atıblar. Belə ki, onlar hər gün çoxlu sayda toksik maddələrlə zəhərlənən havanı təmizləmək üçün yeni cihaz icad ediblər.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu cihazın işləmə prinsipi isə evlərimizdə gündəlik istifadə olunan tozsoranlarla eyni funksiya daşıyır. Yəni havada olan zərərli maddələri udaraq havanın daha təmiz olmasına şərait yaradır. Cihaz 0.3 km radiusda yerləşən çirkli havanı çirkabdan təmizləyir.

Bildiyiniz kimi, böyük meqapolislərdə havanın çirklənməsi əsas qlobal problemlərdən biridir. Havada olan balaca bərk hissəciklər insanlarda onkoloji, respirator, ürək-damar xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Hətta rəsmi məlumatlarda 2012-ci ildə 3.7 milyon insanın bu səbəbdən həyatını itirdiyi haqda məlumat verilir.

Hal-hazırda ərazinin, xüsusən də bağlı məkanların havasını təmiz saxlamaq üçün müxtəlif vasitələr mövcuddur. Bunlara elektron filtrlər, siklonlar və s. aiddir. Amma bu mənada holland alimlərin etdiyi daha vacib xarakter daşıyır. Bu cihazı hətta evlərin damlarında da quraşdırmaq mümkün olacaq.

İxtiraçılar öz cihazlarını "nəhəng xarici tozsoran" adlandırırlar. Xarici quruluşuna görə 8 metrlik polad borudan ibarət cihaz, saatda təqribən 800.000 m3 havanı təmizləyə bilir. Burada həmçinin diametri 2.5-10 mkm (mikrometr) olan hissəciklər 100%, diametri 2.5-100 nm (nanometr) olan hissəciklər 95% ultradispenserlərin köməyilə təmizlənə bilir.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR