“Ərəb baharı-2”, Putindən son hücum, İrəvanda “Azərbaycan...” – GÜNÜN SİYASİ CÜLASƏSİ

“Ərəb baharı-2”, Putindən son hücum, İrəvanda “Azərbaycan...” – GÜNÜN SİYASİ CÜLASƏSİ
20:13 31 Oktyabr 2016
274 Ölkə
Ölkə mətbuatı
A- A+

İrəvanda “Azərbaycan ssenarisi” həyata keçirilir. İraqda Mosul əməliyyatı üçgünlük pauzadan sonra yenidən başlanıb. Qərb mediasının iddiasına görə, Rusiya Hələbdə müxalif qüvvələrinin hücumunu dayandırmaq üçün genişmiqyaslı hücuma hazırlaşır. Mərakeşdə isə “Ərəb baharı-2”nin qoxusu gəlir.

Rusiyalı politoloq Vadim Dubnovun sözlərinə görə, Moskva Ermənistanda öz yanaşmasını dəyişir. O, bildirib ki, Moskva bundan sonra proqressiv, intellektual və Rusiyaya loyal olan insanlarla işləyəcək. Bura Rusiyadakı erməni milyarderlər də daxil ola bilər.

Vadim Dubnov bildirir ki,Karen Karapetyanın baş nazir təyin olunması Rusiyanın istəyinin əyani sürətidir.

Putin Ermənistana desant çıxarır: İrəvanda “Azərbaycan ssenarisi”

Rusiya Ermənistanda öz yanaşmasını dəyişir.

ABŞ-da erməni əsilli Zavik Zarqaryan və Vaçe Nairyan İrana reaktiv təyyarənin hissələrinin qaçaqlamçılıq yolu ilə çatdırılmasına görə həbs olunub.

“Los Anceles Times” nəşrinin yazdığına görə, xüsusi agentlər tərəfindən çərşənbə günü həbs olunan ermənilər İrana satdıqları silah hissələrinə görə 3 milyon ABŞ dolları əldə ediblər. Məhkəmə məxfi saxlanılan silahların ermənilər tərəfindən qanunsuz satışını Amerikanın milli təhlükəsizliyinə zərbə olaraq qiymətləndirib. Lakin Zarqaryanla Nairyan ittihamı qəbul etməyib. Onlar girov qarşılığında sərbəst buraxılıb.

Hər iki erməninin günahı təsdiqini taparsa, məhkəmə onları federal qanunvericiliyə əsasən həbs edəcək. Z.Zarqaryan 115 il müddətinə həbs və 4,77 milyon dollar cərimə, V.Nairyan isə 95 il həbs və 3,77 milyon dollar cərimə cəzasına məhkum edilə bilər.

Böyük döyüş yenidən başladı

Üçgünlük pauzadan sonra İraqın hökumət gücləri Mosula hücumu bərpa ediblər. Əməliyyatın hədəfi şəhəri iki hissəyə bölən Dəclə çayının şərqidir.

Əməliyyatda İraq ordusunun elit bölmələri və peşmərgə gücləri (Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri –red.) iştirak edir. İŞİD terror qruplaşmasının mövqeləri aviazərbələrə və artilleriya atəşinə məruz qalıb. İŞİD döyüşçüləri atıcı silahlar və minaatanlardan cavab atəşi açırlar. İraq ordusunun briqada generalı Hayder Fadilya bildirib ki, İŞİD kamikadzelərin idarə etdiyi avtomobillərin köməyi ilə hücumu dayandırmağa çalışır.

Son məlumatlara görə, Mosulun şimal-şərqindən İŞİD-ə qarşı 3 istiqamətdən hücuma keçən İraq ordusu şəhərin Karama bölgəsinə girib.İraq ordusunun generalı Talib Kənani şəhər mərkəzinin 1 kilometrliyində yerləşən Gobcelil məhəlləsini tamamilə nəzarət altına aldıqlarını deyib. Generalın sözlərinə görə, hazırda şəhərin cənub və şərq hissələrində şiddətli döyüşlər davam edir.

Qeyd edək ki, İraq ordusu və peşmərgə gücləri Mosul əməliyyatına oktyabrın 17-də başlayıb. İndiyə kimi İraq ordusu 61, peşmərgə gücləri isə Mosulun 28 kəndini İŞİD-dən azad edib.

Putin və Ərdoğan Suriyanın yeni xəritəsini hazırladı

Türkiyənin “Yeni Şafak” nəşrinin iddiasına görə, Ankara və Moskva Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq istəyən və PYD/PKK terror təşkilatı ilə əməkdaşlıq edən ABŞ-a qarşı birgə mübarizə aparacaq.

Əsasməqsəd İraqın Əl-Bukemal və Yarubiye sərhəd qapılarından başlayaraq, Suriyanın Haseke, Qamışlı, Tel Abyad, Ayn əl-Arab, Cerablus, Çobanbəy, Azez və Afrinin daxil edildiyi “terror xətti” layihəsinə mane olmaqdır. Nəşr bildirir ki, Ankara və Moskva yeni bir xəritə üzərində razılaşıblar.

Nəşrə danışan mənbələrə görə, Hələbdən başlayaraq İdlip, Lazkiye, Rakka, Haseke və Deyr Zor bölgələrinin daxil edildiyi layihə müharibədən əvvəlki demoqrafik quruluş əsas götürülərək həyata keçiriləcək. Mənbələr bildirir ki, Ankara və Moskva Haseke, Tel Abyad, Afrin və Ayn əl-Arapda PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) “kanton”, “federasiya” və yaxud da “muxtar bölgə” adı altında hansısa yerli idarəçiliyinə imkan verməyəcək. Razılaşmaya görə, Əsəd rejimi Lazkiye və Tartusda suverenliyini gücləndirəcək. Putin “Ən-Nusra” Cəbhəsi və “Ahrar'uş Şam” kimi qrupların Hələbdən çıxarılmasında israr edir.

Suriyada vəziyyət hər keçən gün daha da pisləşir. Böyük Britaniyanın “The Times” qəzetinin kəşfiyyatdakı şəxsi mənbələrə istinadən verdiyi xəbərə görə, Rusiya müxalifət tərəfindən qismən tutulmuş Suriyanın Hələb şəhərinə bu həftə hücüm etmək niyyətindədir.

Qəzetin məlumatına görə, Kreml prezident seçkiləri ilə əlaqədar Vaşinqtonun xarici siyasətində yaranan müvəqqəti zəiflikdən istifadə edərək Hələbi tutmağı planlaşdırır. “Bundan sonra Moskva ABŞ-ın yeni prezidentini artıq baş vermiş fakt qarşısında qoyacaq”, - mənbə deyib.

Bildirilir ki, “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin başçılıq etdiyi Rusiya donanmasının Suriya sahillərinə doğru üzməsi də Hələbə planlaşdırılan hücumla bağlıdır.

Rusiya böyük hücuma hazırlaşır: Qroznı, Ruanda və Srebrenitsa və...

Rusiya müxalifət tərəfindən qismən tutulmuş Suriyanın Hələb şəhərinə bu həftə hücüm etmək niyyətindədir.

TVN24 telekanalının efirində danışan Polşanın Xarici İşlər Nazirliyinin sabiq başçısı Radoslav Sikorski iddiasına görə, Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədi qurban verə bilər.

“Rusiya prezidenti Vladimir Putin çətin maliyyə vəziyyəti ilə üzləşib. İstisna edilmir ki, ABŞ-la münasibətləri normallaşdırmaq üçün bu ölkənin yeni prezidentini gözləyir. O, “Yalta-2”nin keçirilməsini arzulayır. Putin ABŞ-a Ukraynanı Suriya ilə dəyişməyi təklif edə bilər. Şəxsən əmin deyiləm ki, məhz belə olacaq. Amma hadisələrin bu cür inkişafını istisna etmək olmaz. Əminəm ki, bu danışıqlar Ukraynanın sonrakı taleyini həll edə bilər”, - o, deyib.

Sikorskinin bəyanatına görə, ABŞ Ukraynanı tərk edərsə, Putin Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina edəcək.

Putin bu ölkələrdə “narıncı inqilablar” hazırlayır – ŞOK SİYAHI

Rusiya sosioloqu və publisisti İqor Eydmanın iddiasını da sıradan səsləndirilmiş bir iddia hesab oluna bilməz. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Şərqi Avropada “narıncı inqilablar” hazırlayır.

Publisist Çernaqoriyada dövlət çevrilişini təşkil etmək cəhdində Rusiya xüsusi xidmət orqanlarının iştirakı haqqında xəbərlərin etibarlılığından şübhələnmir. İqor Eydmanın fikrincə, Kreml bu cür pozucu fəaliyyətlə Şərqi Avropanın digər ölkələrində, həmçinin keçmiş SSRİ respublikalarında məşğuldur.

“Putin səmimiyyətlə inanır ki, istənilən inqilab və ya etiraz aksiyası xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Rusiya lideri əmindir ki, Ukrayna Maydanını və “Ərəb baharı”nı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi təşkil edib. Bu inam Rusiya hakimiyyətini “narıncı inqilablar” sahəsində “qızğın silahlanma”ya aparır”, - Rusiya sosioloqu qeyd edib.

Putin bu ölkələrdə “narıncı inqilablar” hazırlayır – ŞOK SİYAHI

Rusiya prezidenti Vladimir Putin Şərqi Avropada “narıncı inqilablar” hazırlayır.

Rusiya və ABŞ arasında münasibətlər hər keçən gün daha da gərginləşir. Rusiya prezidenti Vladimir Putinin bugünkü fərmanı nüvə silahlanması üzrə yeni yarışın başlandığı anlama gəlir.

Vladimir Putin silah plutoniumun istifadəsi haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması haqqında qanunu imzalayıb.

Sözügedən razılaşma keçmiş prezidentlər Bill Klinton və Boris Yeltsin arasında 2000-ci ildə imzalanmışdı. Razılaşmaya əsasən, hər iki tərəf 34 ton plutoniumu reaktorlarda yandırmaqla sıradan çıxarmalı idi. Bu, nüvə qüvvələrinin azaldılması planının tərkib hissəsidir. Hər iki tərəf razılaşmanı 2010-cu ildə yeniləmişdilər. Razılaşmanın yenilənməsinin şərtlərindən biri 2000-ci il sentyabrın 1-dən sonra NATO-ya daxil olan ölkələrdə hərbi ittifaqın hərbi infrastrukturunun ixtisarı idi.

Nüvə silahlanması yarışı başlandı – Putindən FƏRMAN

Rusiya prezidenti Vladimir Putin silah plutoniumun istifadəsi haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması haqqında qanunu imzalayıb.

Saakaşvili ağır məğlubiyyətə uğradı – SON NƏTİCƏLƏR

Gürcüstanda parlament seçkilərinin ikinci turunda “Gürcü arzusu” hakim partiyası 50 majoritar (birmandatlı) dairənin 48-də qalib gəlib.

Digər iki dairəyə gəlincə, Tiflis şəhərinin Mtasmindsk dairəsi üzrə keçmiş xarici işlər naziri Salome Zurabişvili (Onu “Gürcü arzusu” dəstəkləyirdi –red.), Xaşursk dairəsində isə Sənaye Partiyasının nümayəndəsi qalib gəlib.

Partiya siyahılarına gəlincə, “Gürcü” arzusu 44, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” 27, “Gürcüstan Vətənpərvərlər İttifaqı” isə 6 yer qazanıb.

Oktyabrın 8-də keçirilən seçkilərin ilk turunda “Gürcü arzusu” birmandatlı dairələr üzrə 23 yer qazanmışdı. Beləliklə, hakim partiya parlamentdə 150 yerdən 115-ni alacaq. Bu, “Gürcü arzusu”na Konstitusiyanı dəyişdirmək hüququ verir.

Parlamentə partiya siyahıları üzrə 77, birmandatlı dairələr üzrə isə 73 deputat daxil olacaq.

“Ərəb baharı -2” Mərakeşdə başladı – VİDEO/FOTO

Dünən Mərakeşdə baş verənlər “Ərəb baharı”nın ilk ölkəsi olan Tunisdə baş verənləri xatırladır. 2010-cu ilin dekabrın 15-də Tunisdə küçə satıcısı Məhəmməd Buəzizinin hökumət məmurlarına etiraz olaraq özünü yandırmasından sonra xalq küçələrə çıxmışdı. Və nəticədə hələ də bitməyən “Ərəb baharı” başlamışdı.

Mərakeşdə balıqçı Möhsün Fikrinin ölümü də ölkəni silkələyib. 31 yaşlı balıqçının ölməsinə etiraz olaraq minlərlə adam küçələrə çıxıb.

Hadisə oktyabrın 28-də əl-Hüseymidə baş verib. Yerli hakimiyyət nümayəndələri Möhsün Fikrinin qanunsuz ticarətlə məşğul olduğunu bildirərək ovladığı balıqları zibil maşınına atmağa başlayıblar. Öz malını xilas etməyə çalışan balıqçı zibildaşıyanın təkərləri altına düşür və ciddi zədələr alaraq hadisə yerində ölüb.

“Ərəb baharı -2” Mərakeşdə başladı – VİDEO/FOTO

Mərakeşdə balıqçı Möhsün Fikrinin ölümü ölkəni silkələyib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“AXA MBASK”ın səhmdarları toplaşacaq

20 Sentyabr 2017 09:42

Qızıl 6 dollar

20 Sentyabr 2017 09:41

Ağır yol qəzası: 4 nəfər öldü

20 Sentyabr 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

20 Sentyabr 2017 09:37

Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri

20 Sentyabr 2017 09:37

“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq

20 Sentyabr 2017 09:37

“Heç bir ölkə bunu qəbul etməz”

20 Sentyabr 2017 09:35

Ebrü Gündeş illər sonra Bakıda - VİDEO

20 Sentyabr 2017 09:33

Xəsarət alanlar arasında Azərbaycan vətəndaşı varmı?

20 Sentyabr 2017 09:33

Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir

20 Sentyabr 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (20.09.2017)

20 Sentyabr 2017 09:32

Bakıda konsert kimi toy:

20 Sentyabr 2017 09:29

XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

20 Sentyabr 2017 09:28

Bakıda bal yarmarkası keçiriləcək

20 Sentyabr 2017 09:24

Cəbhədə silahlar susmur

20 Sentyabr 2017 09:23

Lənkəranda sakini avtobusdan yıxılaraq ağır xəsarət alıb

20 Sentyabr 2017 09:22

Cəhhədə gərgin gecə

20 Sentyabr 2017 09:20

Neft bahalaşdı

20 Sentyabr 2017 09:18

“Azersun Holding”ə məxsus 3 müəssisə birləşir

20 Sentyabr 2017 09:17

Rövnəq Abdullayev: "SOCAR qaz hasilatının artırılması üçün tərəfdaşlarla məqsədyönlü işlər aparır"

20 Sentyabr 2017 09:17

Atəşkəs 127 dəfə pozuldu

20 Sentyabr 2017 09:14

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli əməkdaşı vəfat edib

20 Sentyabr 2017 09:12

Ermənilər atəşkəs rejimini 127 dəfə pozub

20 Sentyabr 2017 09:12

32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə

20 Sentyabr 2017 09:09

“Neft Daşları”nda yeni quyu istismara verilib

20 Sentyabr 2017 09:07

Meksikada baş verən zəlzələdə ölənlərin sayı 150 nəfərə çatdı -

20 Sentyabr 2017 09:06

Ərdoğan:

20 Sentyabr 2017 09:05

Biləsuvarda ağır yol qəzası: 4 ölü

20 Sentyabr 2017 09:03

Qapalı məkanlarda siqaretin ardınca SULU QƏLYAN QADAĞASI

20 Sentyabr 2017 08:53

Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uçaq ölüb

20 Sentyabr 2017 08:52

İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 08:38

Zəlzələ Meksikanı bu günə qoydu - DƏHŞƏTLİ FOTOLAR

20 Sentyabr 2017 08:33

Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var

20 Sentyabr 2017 08:32

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

20 Sentyabr 2017 08:04

Döymə sənətində YENI TREND: Venesiya və Viktoriya mədəniyyəti bir arada - FOTOLAR

20 Sentyabr 2017 08:03

Biləsuvarda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

20 Sentyabr 2017 08:02

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

20 Sentyabr 2017 06:47

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

20 Sentyabr 2017 06:24

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33