Vladimir Putin: "Azərbaycan-Rusiya Forumunun iştirakçılarına məhsuldar iş arzulayıram"

Vladimir Putin: "Azərbaycan-Rusiya Forumunun iştirakçılarına məhsuldar iş arzulayıram"
11:57 1 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ "Bu görüşün iki ölkənin hakimiyyət orqanları və işgüzar dairələrinin nümayəndələri, ekspertləri və qeyri-hökumət təşkilatları arasında konstruktiv dialoq formatında keçəcəyinə ümid edirəm".
"Report" xəbər verir ki, bu sözlər Rusiya prezidenti Vladimir Putinin Bakıda keçirilən 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı oxunan müraciətində bildirilib.
"Forumun gündəliyində iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsi, elm, təhsil və mədəniyyət sahələrində korporativ əlaqələrin dərinləşdirilməsi kimi vacib məsələlər öz əksini tapacaq. Sizə dövlətlərimiz və xalqlarımızın rifahı naminə məhsuldar iş və nəzərdə tutulmuş planları uğurla həyata keçirilməyi arzulayıram", - Rusiya prezidentinin müraciətində deyilib.
Forumda dəyirmi masalar çərçivəsində müzakirələr aparılması planlaşdırılır. Müzakirələrdə Rusiya və Azərbaycanın regionlarının turizm imkanları, turizm sahəsindəki layihələri, iki ölkənin sənaye potensialının inkişafı təqdim olunacaq.
Xatırladaq ki, 6-cı Azərbaycan-Rusiya regionlararası forumu Yekaterinburqda keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/vladimir-putin-azerbaycan-rusiya-forumunun-istirakcilarina-mehsuldar-is-arzulayiram

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR