Ölümə necə gözləməli? - XXI əsrin “Ölüm sənəti”

Ölümə necə gözləməli? - XXI əsrin “Ölüm sənəti”
12:43 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın katolik kilsəsi orta əsrlərdə geniş yayılmış “Ölüm sənəti” təlimatını XXI əsrin reallıqları üzrə yeni versiyada dərc edib.

Publika.az xəbər verir ki, bu haqda “The Guardian” bildirib.

Material ağır xəstələrə və onların yaxınlarına kömək etməli olan saytın yaradılması üçün əsas rol oynayıb. Kilsənin nümayəndələri iddia edirlər ki, sayt yalnız katoliklərə deyil, həm də istənilən həyatdan getməyə hazırlaşan şəxsə və onun yaxınlarına faydalı olacaq.

“Biz uşaq dünyaya gəlmədən əvvəl hazırlaşırıq, nə almaq lazım olduğunu və ona hansı adın qoyulacağını düşünürük. Niyə bu qayda ilə ölümə hazırlaşmırıq?” – London Kral Kollecinin tibb üzrə mütəxəssisi Ketrin Sliman deyib.

Orijinal “Ölüm sənəti” (Ars Moriendi) XV əsrin birinci yarısında yazılmışdı və Avropada taun epidemiyası zamanı geniş yayılıb. Burada ölümqabağı dualar var idi, mənəvi və praktik baxımdan ölümə hazırlaşmağın yolları göstərilirdi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/174296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR