NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb

NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb
14:57 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb.
“Report”un xəbərinə görə, bu barədə NASA-nın İctimiəyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.
“Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”, - deyə cavabda bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl ölkə KİV-lərində K.Əhmədlinin NASA-da praktika keçmək üçün ABŞ-a getməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. K.Əhmədli isə bu barədə bir neçə televiziya kanalına müsahibə də verib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/nasa-azerbaycanli-kenan-ehmedlinin-bu-qurumun-kataloqunda-qeydiyyatda-olmadigini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR