Şahzadəni maşın vurdu

Şahzadəni maşın vurdu
21:52 1 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Londonda qədim italyan nəslinin nümayəndəsi şahzadə Filippo Korsini yük maşınının vurması nəticəsində ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yük maşını velosipedlə hərəkətdə olan 21 yaşlı Korsinini vuraraq 30 metr sürüyüb. Korsini aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.  
 
"Evening standard" nəşrinin məlumatına görə, London universitetlərindən birində təhsil alan Filippo Korsini Florensiyanın ən qədim aristokrat nəslinin nümayəndəsidir. Roma Papası XII Klimentin (Lorenso Korsini) onun əcdadı olduğu bildirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR