13 nəfər karaoke-barda diri-diri yandı

13 nəfər karaoke-barda diri-diri yandı
23:19 1 Noyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Vyetnamın paytaxtı Hanoyda karaoke-barda baş vermiş güclü yanğın nəticəsində azı 13 nəfər ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, gecə saatlarında baş verən yanğın qısa müddət ərzində obyektə bitişik üç binaya və yaxınlıqdakı avtomobillərə yayılıb.  

 

Hadisə yerinə yanğınsöndürən, polis və həkim briqadalı cəlb olunub.  Yanğının söndürülməsi zamanı iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yanğının səbəbləri araşdırılır.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR