Satışa qoyulmuş “Range Rover”i quldurluq yolu ilə aparmaq istədilər

Satışa qoyulmuş “Range Rover”i quldurluq yolu ilə aparmaq istədilər
11:44 2 Noyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 31-də saat 15:30 radələrində, alqı-satqı öncəsi texniki baxışdan keçirmək məqsədi ilə Xırdalan şəhəri, Qafqaz Universitetinin yaxınlığında yerləşən avtotəmir sexinə gətirilmiş avtomobilin quldurluq yolu ilə qaçırılmasına cəhd edilib. Belə ki, Fərid Paşayevə məxsus “Range Rover” markalı avtomobili idarə edən təmir sexinin ustası 1977-ıi il təvəllüdlü Taleh Quliyevi bıçaqla hədələyərək qaçırmağa cəhd etmiş və saxlanılaraq əməkdaşlara bıçaqla müqavimət göstərmiş Lənkəran rayonunda anadan olmuş, Sumqayıt şəhərində yaşayan, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş 1984-ci il təvəllüdlü Qurbanov İlqar İqbal oğlunu Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları “Ər Riyad” ticarət mərkəzinin qarşısında yaxalayıb. O, tərksilah edilərək sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil verilib . Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR