Elnarə Xəlilova yol qəzasına düşdü - Sürücü hadisə yerindən qaçıb (FOTO)

Məşhur müğənni və aparıcı Elnarə Xəlilova bu gün səhər saatlarında yol qəzasına düşüb.

Hadisə ADA universitetinin yaxınlığında baş verib. Belə ki, 90-VH-282 dövlət nömrə nişanlı avtobus, ifaçının idarə etdiyi avtomobilin yoluna çıxaraq qəza törədib. "83" nömrəli marşrutun sürücüsü dərhal hadisə yerindən qaçıb.

Elnarə Xəlilova Instagram hesabında bu barədə paylaşım edib. Müğənni məsələnin araşdırılmasını tələb edir: "90-VH-282 dövlət nömrə nişanlı, "Daewoo" markalı avtobus, səhər saat 10:15 radələrində ADA Universitetinin önündə svetofordan tərpənər-tərpənməz hərəkət elədiyi 2-ci yoldan yoluma, yəni birinci yola çıxıb, məni sağdan vurdu və qaçdı. Bütün mediadan xahiş edirem. Bu məsələni necə lazımdır araşdırsınlar və böyütsünlər. Mənə maraqlıdır, bu avtobusların yiyəsi tapılacaq, ya yox?"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR