Macarıstanın tanınmış opera ifaçıları və solistləri Bakıda çıxış edəcəklər

Macarıstanın tanınmış opera ifaçıları və solistləri Bakıda çıxış edəcəklər
12:17 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda klassik macar musiqisi konserti keçiriləcək.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin "Report"a verdiyi məlumata görə, konsert noyabrın 19-da Filarmoniyanın binasında keçiriləcək.
Konsertdə məşhur macar opera ifaçıları - skripkaçı Qraf Murja, pianoçu Dyord Uravets və opera müğənnisi Andrea Yereş-Bradçoy çıxış edəcək.
Konserti Bakı Filarmoniyasının orkestri müşayiət edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR