Tanınmış müğənni Elnarə Xəlilovanın bu gün səhər saatlarında başına iş gəlib.
Milli.Az primetime.az-a istinadən bildirir ki, müğənni avtomobili ilə yolda hərəkət edən zaman avtobus sürücüsü onun maşınını əzərək, hadisə yerindən qaçıb. Bu barədə ifaçının özü məlumat verib: "90 VH 282 dövlət nömrə nişanlı "Daewoo" markalı avtobus səhər saat 10:15 radələrində ADA Universitetinin önündə işıqfordan tərpənər-tərpənməz hərəkət etdiyi 2-ci yoldan mənim yoluma, yəni birinci yola çıxıb avtomobilimi sağdan vurdu və qaçdı. Mənə maraqlıdır, bu avtobusların yiyəsi tapılacaq, ya yox?"
Milli.Az