Yeni dəbi sınadı, işə gecə libası ilə getdi - fotolar

Yeni dəbi sınadı, işə gecə libası ilə getdi - fotolar
22:11 2 Noyabr 2016
201 Şou
Ölkə mətbuatı
A- A+

Son zamanlar dəb halına çevrilən gecə geyimlərini gündəlik istifadə etmək ənənəsinə gənc qadın Nina Mohan maraqlı rəng qatıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu ənənənini tətbiq etməyin nə dərəcədə mümkün olduğunu isbatlamaq istəyən Nina “Victoria 's Secret”-in fotolarını özünə nümunə götürüb.

İlk geyim kimi tül ətək seçən Nina üzərindən uzun köynək geyinsə də, bədənini gizlədə bilmədiyini deyib:

“Ətəyi həqiqətən çox sevdim, amma bunu işə gedərkən necə geyinəcəyimi bilmirəm”.

İkinci gün yaşıl alt paltarı ilə pencək geyinən Nina çox çətin anlar yaşadığını deyib: “Victoria 's Secret”in fotoşəkilində bu kombin olduqca rahat görünə bilər, amma mən özümü çox narahat hiss etdim. İnsanlar mənimlə danışarkən üzümə baxmağa məcbur qalırdılar”.

Daha sonra isə yaşıl bir gecə libası ilə jaket geyinən Nina “"Ofisdə müdirlə çox danışmaq məcburiyyətində qalmırsınızsa və şirkətdə çox insan yoxdursa, ən rahat paltar bu hesab oluna bilər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR