"Harpers Bazaar" illik yekunları artıq təqdim etməyə başlayıb.
Milli.Az publika.az-a istinadən bildirir ki, jurnal ötən axşam ilin başa çatmasımünasibəti ilə möhtəşəm tədbir keçirib. Gecədə "Harpers Bazaar Women of the Year" ("Harpers Bazaar jurnalının versiyasına görə ilin qadını") mükafatlarının qalibləri elan edilib.
Mükafatın təqdim olunma mərasimində hər il ənənəvi olaraq kino və incəsənət sahəsinin görkəmli nümayəndələri, musiqi sənayesi və moda biznesinin tanınmış simaları iştirak edir. Onların hər biri mükafat qazanmağa ümid edir. Bu il belə şərəfə Rozi Xantinqton-Uaytli, Liz Xerli, Kira Naylti Emma Uotson, Felisti Conson və Cillian Anderson layiq görülüb.
Milli.Az