PAOK-un iştirak ərizəsi açıqlandı: 6 futbolçu kənarda qaldı

PAOK-un iştirak ərizəsi açıqlandı: 6 futbolçu kənarda qaldı
10:57 3 Noyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"ı qəbul edəcək PAOK-un iştirak ərizəsi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Vladimir İviç ilkin heyətə 19 futbolçunun adını salıb.

Matçın startına bir saat qalmış daha bir futbolçu heyətdən kənarlaşdırılacaq. Avroliqa üçün sifariş olunmuş gəncləri nəzərə almasaq, PAOK-un A siyahısından 6 oyunçunun kənarda qaldığını görərik. Ancaq onların heç də hamısı müntəzəm meydana çıxan futbolçular deyil. Kənarda qalanlardan qapıçı Markos Vellidis, müdafiəçi Dimitris Cannulis və yarımmüdafiəçi Nikos Korovesis qrup mərhələsində hələ iştirak etməyiblər. Onlardan Cannulis əsas heyət üzvü sayılsa da, çoxdandır zədədən əziyyət çəkir.
 
Saloniki təmsilçisinin əsas itkisi yarımmüdafiəçi Dimitris Pelkas və hücumçular Calma Kamposla Eftimis Kolourisdir. Çoxdandır zədəli olan Pelkas fərdi məşqlərə başlasa da, onu bu görüşə yetişdirmək mümkün olmayıb. Dünənki məşqdə sağ ayağından xəsarət alan Kampos isə noyabrın sonuna qədər komandaya kömək edə bilməyəcək. PAOK-un ən sərrast hücumçularından olan Kolourisin yoxluğunu da ciddi itki hesab etmək olar.
 
Bütün bunların fonunda müdafiəçi Georgios Tzavellası matça yetişdirmək mümkün olub. Yenicə kollektivlə məşqlərə başlayan vitse-kapitanın bu gün start heyətində meydana çıxıb-çıxmayacağı bəlli deyil.
 
PAOK-un iştirak ərizəsi
Qapıçılar: 23. Jelko Brkiç, 71. Panagiotis Qlikos
Müdafiəçilər: 3. Leo Matos, 4. Marin Leovats, 13. Stelios Malezas, 15. Xose Anxel Krespo, 31. Georgios Tzavellas, 43. Fernando Varela, 70. Stelios Kitsiu
Yarımmüdafiəçilər: 8. Haris Harisis, 16. Qoyko Tsimirot, 21. Dieqo Bisesvar, 24. Qarri Rodriges, 27. Yannis Mistakidis, 28. Yevgeni Şakov, 87. Xose Kanas
Hücumçular: 7. Mame Baba Tiam, 14. Fakundo Pereyra, 33. Stefanos Atanasiadis
 
Qeyd edək ki, "Tumba" stadionunda baş tutacaq PAOK - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR