Evli kişidən Xumar Qədimovaya sevgi məktubu: "... cəsarətim çatmadı" - FOTO

Evli kişidən Xumar Qədimovaya sevgi məktubu: "... cəsarətim çatmadı" - FOTO
17:57 3 Noyabr 2016
213 Ölkə
Ölkə mətbuatı
A- A+

Primetime.az-ın redaksiyasına Xumar Qədimovayla bağlı məktub ünvanlanıb. 

Milli.Az oxucular üçün maraqlı olacağını nəzərə alıb, Bakının Qaraçuxur qəsəbəsində yaşayan 39 yaşlı Zirəddinin ürək sözlərini ixtisar etmədən yayımlayır:  

"Sənə yazıram Xumarım..."

Çox sevdiyim Xumar xanım. Bu məktubu mənim sonuncu çıxış yolum kimi qəbul edin. Hər şeyi sizə olduğu kimi yazıram. Adım Zirəddindir. 39 yaşım var. 11 ildir evliyəm. 2 oğul və 1 qızım var. İndiyə qədər davam edən ailə həyatım xəstə anamım üzünün gülməsi üçündür. Özümü tanıyandan ancaq sizi sevmişəm. Bu həyatdan köçənə qədər də sizi sevəcəyəm. Sizi o qədər sevirəm ki, bilmirəm hansı cümlələrlə yazım. Mənə nə yemək lazımdır, nə su. Xumarımı istəyirəm. Tək istəyim odur ki, ölümüm sənin ayaqların altında olsun. Səndən heçnə istəmirəm. Kaş səni bir dəfə həyatda görə bilərdim. Sonra ölüm belə mənə acı şərbət olar. Allah heç bir Məcnunu Leylisiz qoymasın. Bilmirəm bu məktubu oxuyacaqsan ya yox. Mən hər zaman səni sevəcəyəm. Qızımın adını Xumar qoymağa cəsarətim çatmadı. Amma o, sənin mahnılarını əzbər bilir. Ən çox da bu mahnını oxuyanda dünya başıma uçur. Ya məni öldür qurtar, Ya da ki, yaşat məni... mənim gülüm, baş tacım. Xumarım..."

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR