"Qarabağ"ın 441 günlük həsrəti bitdi

"Qarabağ"ın 441 günlük həsrəti bitdi
13:42 4 Noyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" səfər sindromunu qırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avrokuboklardakı son 7 səfər matçında qələbəyə həsrət qalan Ağdam təmsilçisi uğursuz seriyanı Avropa Liqasının qrup mərhələsinin IV turunda dayandırıb.

Yunanıstanda yerli PAOK-la qarşılaşan Qurban Qurbanovun yetirmələri bununla da 441 günlük həsrəti bitiriblər. Belə ki, çempionumuzun son səfər qələbəsi 2015-ci il avqustun 20-nə təsadüf edib. Həmin gün İsveçrədə "Yanq Boyz"un qonağı olan "Qarabağ" 1:0 hesabı ilə qələbə əldə etmişdi.
 
Bundan sonra avrokuboklarda keçirdiyi 7 oyunda 5 dəfə uduzan təmsilçimiz 2 heç-heçəylə təsəlli tapmışdı. Əyalət klubunun hər iki bərabərliyi Çempionlar Liqasına təsadüf etdiyindən Avropa Liqasında ardıcıl 5 dəfə yenilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR