Anasının başı kəsilən uşaqlar övladlığa verilə bilər

Anasının başı kəsilən uşaqlar övladlığa verilə bilər
14:22 4 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdabda ailə-məişət zorakılığı zəminində baş verən qətil hadisəsinin şahidi olan 3 azyaşlı uşaq Gəncə SOS Uşaq kəndinə veriləcək.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a daxil olan məlumata görə, uşaqlar bu gün Gəncə SOS-a yerləşdiriləcəklər. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumatı saytımıza təsdiqləyib. Komitə rəsmisi qeyd edib ki, hazırda uşaqların sənədləşmə işləri aparılır. "SOS ailə tipli müəssisə olduğu üçün qərara alınıb ki, həmin uşaqlar oraya yerləşdirilsinlər. Biz istəmrik ki, onları internat evlərinə verək, çünki orada yaşlara görə qruplaşdırma aparıldığı üçün uşaqlar bir-birilərindən aralı düşəcəklər. Onları ayırmaq istəmirik. Uşaqlar yerli icra orqanı və dövlət komitəsinin nəzarətində olacaqlar". 

T.İbrahimova həmin uşaqların övladlığa verilməsinin mümkün olduğunu bildirib: "Həmin uşaqlar komitədə qeydiyyata alındıqdan sonra 6 ay müəddətində vətəndaşlarımızın övladlığa götürməsi üçün təqdim olunur. Əgər 6 ay müddətində vətəndaşlarımız uşaqları övladlığa götürməsələr, o zaman əcnəbilərə övladlığa verilə bilər". 

Qeyd edək ki, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə az yaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR