Mələkxanım Əyyubova SİRRİNİ AÇDI: “Qayınanamın 80 yaşı var, amma...” - MÜSAHİBƏ (FOTOLAR)

Mələkxanım Əyyubova SİRRİNİ AÇDI: “Qayınanamın 80 yaşı var, amma...” - MÜSAHİBƏ (FOTOLAR)
17:38 5 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti Mələkxanım Əyyubovanın doğum günüdür.

Hər zaman sənəti və xanım-xatınlığı ilə seçilən və sevilən sənətkarı biz də təbrik etdik.

Doğum günündə illərin heç dəyişmədiyi sənətkarın Publika.az-a müsahibəsini təqdim edirik.

- Təbrik edirik, doğum gününüzdə hansı əhval-ruhiyyədəsiniz?

- Doğum günüm bu gündür, amma bir həftədir ki, telekanallarda, sosial şəbəkələrdə hər kəs məni təbrik edir, xoş sözlər söyləyirlər. Çox sevincliyəm və məni sevən, təbrik edən hər kəsə minnətdarlığımı ifadə edirəm.

- İlk hədiyyəni kimdən aldınız bəs?

- İnanın o qədər güllər, hədiyyələr göndərirlər, heç xatırlamıram ilk hədiyyə kimdən gəldi.

- Maşallah, çox gözəlsiniz, bəlkə bunun sirrini bizə də açasınız?

- Bəlkə də şablon çıxacaq, amma mən yenə təkrar edirəm ki, insanın daxili də gözəl olmalıdır. Eyni zamanda qadın baxımlı olmalıdır. Yalandan durub deyə bilmərəm ki, mən elə özümə baxmadan belə gözəl qalmışam. Yox. İlk gənclik yaşlarımdan özümə baxırdım. Təbii vasitələrdən maskalar düzəldib, üzümə çəkirdim. Hətta o vaxtlar mənə deyirdilər ki, üzünə bu qədər maska eləmə, vaxtsız qırışacaq. Onlara fikir vermirdim. Qadın həmişə baxımlı olmalıdır.

- Yəni indiyə qədər plastik əməliyyatlar etdirməmisiniz?

- Mezolardan istifadə etmişəm, amma plastik, estetik əməliyyat etdirməmişəm. Bəlkə də 15 ildən sonra etdirəcəm, deyə bilmərəm. Amma səhnədə olsam. Çünki səhnə gözəllik sevir. Səhnədə olmasam, heç vaxt plastik əməliyyat etdirmərəm. Çünki botoks və digər süni vasitələr qadının üz ifadələrini də itirir. Donmuş, süni gözəllik gözəllik kimə lazımdır?

- Gözəlliyinizi qorumaq üçün daha hansı vasitələrdən istifadə edirsiniz?

- Yeməyimə fikir verirəm, pəhriz saxlayıram, təmiz havada çox gəzirəm, üzgüçülüklə məşğul oluram. Səhnə adamı gözəl ifası və səsi ilə bərabər xarici görünüşü ilə də zövq oxşamalıdır.

- Yaş artdıqca əksər xanımlar kompleksə düşür. Sizin necə yaş kompleksiniz varmı?

- Elə xanımları xoşlamıram. Qadın var ki, yaşı 40-ı adlayan kimi kompleksə düşür. Bədbinliyə qapılır, qocalmışam deyib, fikir edir. Bədbinlik qadını kifirləşdirir. Siz də qadınsınız, fikir verin, əsəbiləşəndə dərhal üz ifadələriniz dəyişir. Qadın bədbinləşdikcə, aqressiv olduqca və özünə güvən hissini itirdikcə gözəlliyini itirir. Amma bəzən baxırsan ki, kifir bir xanım özünə o qədər güvənlidir ki, başqalarının da gözündə gözəl görünür. Mən bunun şahidiyəm. Qadın özgüvənli olmalıdır. Allah rəhmət eləsin, İlhamə Quliyeva o yaşda necə gözəl, özgüvəni olan xanım idi. Biz onunla dostluq edirdik. Özünü sevirdi, hörmət edirdi. Qayınanamın 80 yaşı var, amma özünə elə baxır, elə bilirsən 45 yaşındadır. Mən adətən rayona qonaq gedəndə sadə geyinirəm. Amma o bizə gələndə elə geyinib-keçinir, elə gözəl görünür, istər-istəməz ona baxıb elə gözəl görünmək istəyirsən. Hətta nəvələri də mənə deyir ki, ana, nənəm gör, necə gözəl qadındır. Yəni qadın hər yaşda özünə fikir verməli, baxımlı olmalıdır.

- Bir də məncə, qadının gözəl və gənc qalması üçün sevgi də önəmli faktordur?

- Razıyam. Məni gözəl saxlayan ailəmin və xalqımın sevgisidir.

- Həmişə gözəl, zövqlə geyinirsiniz. Maraqlıdır, brend sizin üçün önəmlidir?

- Təvazökarlıqdan uzaq olsa da, həmişə brendə üstünlük vermişəm. Bir dəfə Rusiyadan heç də brend olmayan bir çanta almışdım. Xoşuma gəldi və aldım. Tədbirlərin birində İlhamə Quliyeva mənə dedi ki, o nə çantadır, götürmüsən? Sənə yaraşmır, sən sənətkarsan, brend çantalar götürməlisən. Hətta hərdən mənə zarafatla deyirdi ki, deyəsən mənimlə ayaqlaşmaq istəyirsən, icazə verirəm, sənə olar, çünki əsil sənətkarsan. Allah ona rəhmət eləsin, xanım-xatın sənətkar idi, bu gün onun yeri görünür.

- Həmişə qalmaqallardan uzaq durursuz. Amma sənətkar ola paxıllığını çəkən olmaya, bu heç inandırıcı deyil. Yəqin bədxahlarınız da var…

- Bəzən sosial şəbəkədə fotolarımın altında xoşagəlməz sözlər yazılır, bu mənim xoşuma gəlmir, pis təsir edir.

- Nə yazırlar ki?

- Nəsə xoşagəlməzliklər olur, bu barədə danışmaq istəmirəm. Hər halda, padşahın da dalınca danışırlar. Düzdür, padşahlıq iddiam yoxdur, amma olur belə xoşagəlməzliklər.

- Əlbəttə paxıllıq edənlər həmişə tapılır. Elələrinə qarşı reaksiyanız necə olur?

- Əhəmiyyət vermirəm. Həmişə çalışmışam, qazandığım hörmət hissini itirməyim. Çünki hörməti qazanmaq çətindir, amma onu itirmək bir anlıqdır. Mən insanların sevgisini qazanmışam, onu itirməkdən çox qorxuram. Xalqıma, dövlətimə minnətdaram ki, məni dəyərləndirir.

Cəvahir Səlimqızı













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33