Kasıblara 200 milyon payladı

Kasıblara 200 milyon payladı
00:27 6 Noyabr 2016
593 İdman
Ölkə mətbuatı
A- A+

Filippinli boksçu Manny Pacquiaonın bu günə qədər kasıblara payladığı pulun miqdarı məlum olub.


Filippində “xalqın çempionu” ləqəbiylə tanınan Manny kasıblar üçün həyata keçirilən layihələrə təxminən 200 milyon dollar bağışladığını deyib.


“Hər döyüşümdən sonra gəlirimin yarısını bağışlayıram, ancaq bu barədə danışmağı sevmirəm”,- deyə Pacquiao bildirib.


21 ildir boksla məşğul olan 37 yaşlı idmançı kasıblara kömək etmək üçün döyüşməyə davam etdiyini qeyd edib.


Karyerası boyu 66 döyüş keçirən Manny Pacquiaonın hesabında 58 qələbə, 6 məğlubiyyət və 2 heç-heçə var.


“Forbes” məlumatına əsasən Pacquiaonun təxminən 500 milyon dollarlıq sərvəti var.(“Qafqazinfo”)


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR