174 gündən sonra təslim oldu

174 gündən sonra təslim oldu
13:23 7 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

“İnter”in Azərbaycan Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyası sona çatıb.

Publika.az xəbər verir ki, cari mövsümün ilk 10 matçında uduzmayan paytaxt təmsilçisi 11-ci turda “Neftçi” ilə qarşılaşmada 1:2 hesabı ilə yenilib. Ötən mövsümün son oyununda da məğlub olmayan Zaur Svanadzenin yetirmələrinin yenilməzliyi 11 matçdan ibarət olub.

Maraqlıdır ki, “İnter”in çempionatdakı son uğursuzluğu da məhz “Neftçi” ilə səfərdə qeydə alınmışdı. Mayın 15-də meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi. 174 gündən sonra uduzan “Göy-ağlar” bu müddətdə keçirdiyi 11 matçda 6 qələbə qazanıb, 5 heç-heçə ediblər.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR