Gürcüstanda məcburi hərbi çağırış bərpa edilir

Gürcüstanda məcburi hərbi çağırış bərpa edilir
14:12 7 Noyabr 2016
194 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan müdafiə nazirliyi orduya məcburi hərbi çağırışı bərpa edəcək.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Levan İzoriya bildirib. Onun sözlərinə görə, çağırış yeni formada bərpa olunacaq.

"Çağırışçılar tam ibtidai hazırlıq keçəcək və dəyərli hərbçilər kimi formalaşacaq. Onların maaşları 50 lariyə qədər artacaq, həmçinin onların istirahət etmək imkanı olacaq. Yenilənmiş icbari hərbi xidmət xərclərə qənaət edilməsinə, orduya çağırış sisteminin peşəkar səviyyədə həyata keçirilməsinə dəstək verilməsinə və həm ehtiyat, həm də müqavilə üzrə daha çox kadrın hazırlanmasına imkan verəcək", - deyə İzoriya bildirib.

Qeyd edək ki, ölkədə icbari hərbi çağırışı keçmiş müdafiə naziri Tinatin Xidaşelini dayandırmışdı. Sabiq xanım nazirin fikrincə, bununla Gürcüstan ordusu tamamilə müqaviləli xidmətə keçməli idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR