Metal qrupu ilə birlikdə nişan şəkillərini çəkdirən sevimli cütlük internetdə maraqla qarşılanıb.
Con Avesome və Naydia Hernandez adlı yeni nişanlanan cütlük indiki dövrdə dəb halına gələn “love story” ediblər. Ancaq, bu sevimli cütlük fərqlilik olsun deyə həmin çəkilişə sevdikləri metal qrupu olan “Coldvoid” ilə birlikdə çəkiliblər.
Cütlük bununla yanaşı məşhur film olan “Forrest Gump” filmindən təsirlənərək ordakı kadrlara bənzəyən şəkillər belə çəkdiriblər.
Dilrubə Vaqifzadə