Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşüb

Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşüb
17:24 7 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 7-də İsrail Dövlətinin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

 

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, K. Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, həmçinin, bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən İsrailin uyğun qurumları ilə uğurlu əməkdaşlıqdan ətraflı bəhs edib.

 

Səfir Dan Stav İsrail Dövlətinin uyğun qurumlarının Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb və bu istiqamətdə Azərbaycanda  diplomatik fəaliyyəti müddətində səylərini əsirgəmədiyini bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR