NASA “2020-ci ildə bir asteroid planetimizə düşərsə, nə
edərik?” deyə təlimə başlayıb.
Publika.az xəbər verir ki, NASA-nın bu təlimi dünyada
böyük qorxuya səbəb olub.
Təlimdə 2020-ci ildə asteroidin dünyanın hansı bölgəsinə düşəcəyi,
böyük şəhərlərdə insanların təxliyə edilməsi kimi məsələlər
müzakirə olunub.
“Texnologiya asteroidlərin qarşısını ala biləcək səviyyədədir.
Asteroidin düşməsini əvvəldən təxmin etməyimiz çox vacibdir. Təxmin
edərək, onu göydə zərərsizləşdirməliyik”, - deyə NASA-nın
nümayəndəsi Tomas Zurbuxen bildirib.
Asif