Sevimli boksçusu uduzdu, ürəyi dayandı

Sevimli boksçusu uduzdu, ürəyi dayandı
19:32 7 Noyabr 2016
113 İdman
Ölkə mətbuatı
A- A+

Pərəstiş etdiyi boksçu məğlub olduğu üçün filiipinli azarkeşin ürəyi dayanıb. 

Goal.az xəbər verir ki, Uels Kasuyo adlı azarkeş Nonito Doneyrin Ümumdünya Boks Şurasının versiyası üzrə çempionluq kəməri uğrunda döyüşdə amerikalı Cessi Maqdalenoya məğlubiyyətini qəbul edə bilməyib.

Altmış iki yaşlı azarkeşin həyat yoldaşı bildirib ki, mərhum ilk olaraq sinəsini tutub və hakimin qalibi elan etməsindən sonra yerə yıxılıb. O, 2010-cu ildən ürək-damar xəstəliyindən əziyyət çəkdiyi üçün müxtəlif dərmanlar qəbul edib.

Xatırladaq ki, bundan öncə də sevdiyi boksçular məğlub olduğu üçün bir neçə filippinli dünyasını dəyişib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR