"Riberi klubda vacib rol oynayır"

"Riberi klubda vacib rol oynayır"
21:32 7 Noyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Rummenige: "Bavariya" da xidməti və oyunlarına görə Riberiyə minnətdarıq"

"Bavariya"nın prezidenti Karl-Haynz Rummenige təcrübəli yarımmüdafiəçi Frank Riberi barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman funksioner bunları deyib:

"Riberi klubda vacib rol oynayır. Unutmaq lazım deyil ki, o, 2007-ci ildən burda çıxış edir. Həmin vaxt biz turnir cədvəlində 4-cü yeri tutub UEFA Kubokuna vəsiqə qazanmışdıq. Şübhəsiz, Riberi növbəti illərdə "Bavariya"nın böyük uğurlar qazanmasında əsas fiqurlardan biridir. "Bavariya" da xidməti və oyunlarına görə Riberiyə minnətdarıq".

Riberinin klubla 2019-cu ilə kimi yeni müqavilə imzalaması gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR