Azərbaycan bankları 360 MİLYON ziyana düşdü

Azərbaycan bankları 360 MİLYON ziyana düşdü
23:05 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2014-cü ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda ölan 42 kommersiya bankı ümumilikdə 2 milyard 62 milyon 69 min manat faiz gəliri əldə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, banklar həmin məbləğin 895 milyon 2 min manatını faiz xərclərinə sərf ediblər və bu dövr ərzində onların xalis faiz gəliri 1 milyard 167 milyon 67 min manat olub.

Keçən ilin 11 ayının yekunlarına görə, bankların qeyri-faiz gəliri ümumilkdə 424 milyon 31 min manat olub. Amma bankların bu dövr üçün 785 milyon 23 min manat xərcləri çıxıb.

Bir sözlə, dekabrın 1-nə olan məlumata görə, banklar ötən il qeyri-faiz mənfəəti üzrə 360 milyon 92 min manat ziyana düşüblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/317417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR