İspaniya millisinin sabiq çalışdırıcısı Visente del Boske "Barselona"nın müdafiəçisi Jerar Pike ilə bağlı məsələdən danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:
"Pike milli karyerasını başa vurduğunu elan edəndən sonra onunla söhbət etdim. Ona qarşı ədalətsiz davranıblar. Pike gələcək barədə düşünür. Fikrimcə, Jerar milli komandaya qarşı neqativ münasibət bəsləmir. Mən orada baş məşqçi olanda katalon və qeyri-katalon futbolçular arasında fərq qoymurdum. Amma inandırılması mümkün olmayan insanlar həmişə var. İspaniya millisi DÇ seçmə mərhələsindəki 4 oyunu yaxşı keçirib. Luis Araqonesdən dəyərli irs almışıq. Tarixdə nəzərəçarpan iz buraxmışıq".
Qeyd edək ki, Albaniya ilə 2018 DÇ təsnifat mərhələsində keçirilən oyundan (2:0) sonra azarkeşlərin Pikeyə qarşı növbəti təzyiqi katalon futbolçunun millidən getdiyini elan etməsi ilə nəticələnmişdi.
Milli.Az