Aktyor Burak Özçivitin dünən İnstaqramda paylaşdığı foto söz-söhbətə səbəb olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Burakın barmağındakı üzük şərh edilərək, onun aktrisa sevgilisi Fahriye Evcenlə gizli evləndiyi iddiası yayılıb. Bundan əvvəl də cütlüyün xarici ölkələrdən birində nikah kəsdirdiyi xəbəri yayıldığı üçün iddialar daha da güclənib.
Amma Burakın barmağındakı üzüyün həqiqi nişan üzüyü olmadığı ortaya çıxıb. Aktyorun "Kara sevda"da canlandırdığı "Kamal" obrazı keçən mövsüm "Asu" ilə nişanlanmışdı. Bu üzük də məhz həmin nişana aiddir. B.Özçivit fotonu çəkiliş meydançasında çəkdirdiyi üçün barmağındakı üzüyü çıxartmağı yaddan çıxarıb. Eyni zamanda bu üzüklə bundan əvvəl də bir neçə foto çəkilib.