"Neftçi" klubu xorvatiyalı futbolçu ilə müqaviləyə xitam verib

"Neftçi" klubu xorvatiyalı futbolçu ilə müqaviləyə xitam verib
12:22 10 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ "Neftçi" klubu xorvatiyalı futbolçu Dario Melnyakla müqaviləyə xitam verib.
"Report" klubun saytına istinadən xəbər verir ki, müqaviləyə xitam verilməsi hər iki tərəfin qarşılıqlı razılığı əsasında baş tutub.
24 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu Belçikanın "Lokeren" klubuna qayıdıb.
Qeyd edək ki, Melnyak bu ilin yayında "Neftçi"yə transfer olunub. O, Bakı klubunda icarə əsasında çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-klubu-xorvatiyali-futbolcu-ile-muqavileye-xitam-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR