Rus kainat gözəli Fedorovanın etirafı bəzi həqiqətləri aşkara çıxarıb.

Milli.Az haberler.com-a istinadən bildirir ki, Federova ABŞ-dakı seçki kampaniyaları zamanı Qərb mətbuatının onunla dialoqa keçərək Trampın nüfuzuna zərər verəcək böhtanlar atmağını istədiklərini açıqlayıb.

Bu barədə Puerto Rikoda reallaşdırılan "2002 Kainat Gözəllik yarışması"nın birincisi olan Oksana Fedorova Sputnik-ə verdiyi müsahibədə danışıb.

"Seçki kampaniyaları zamanı onu ləkələyəcək bir yol tapmaq üçün müxtəlif beynəlxalq mətbuat orqanları bir neçə dəfə mənimlə əlaqə saxlayıb. Bu vəziyyət narahatedici bir hal almışdı. Amma Trampla işlədiyim dövrdə o, yalnız xoş xatirələrlə mənim yaddaşımda qalmışdı. Trampı açıq fikirli və yaxşı ailə başçısı olan bir kişi kimi tanıdım".

Fedorova o dövr sözügedən gözəllik yarışmasının təşkilatçılıq haqqına sahib olan Tramp haqda "Trampın köməkçisi də rus idi. Mənə onunla 35 ildir çalışdığını demişdi. Bu da Tramp haqda çox şeyi deyir" ifadələrini işlədib.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qərb mətbuatı Trampa şər atmağımı istədi" - VİDEO"Qərb mətbuatı Trampa şər atmağımı istədi" - VİDEO