Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"
18:17 10 Noyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ "Əlbəttə, Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Çünki bu görüşün nəticəsi qrupdakı taleyimizi müəyyənləşdirəcək".
"Report"un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib: "Onlar müdafiədə dərinliklərdən oynayırlar. Heyətlərində çox güclü oyunçular var".
S.Devisin fikrincə, bu görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər: "Ev oyunumuzda maksimum xal toplamağa çalışmalıyıq".
Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Windsor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanla-oyun-bizim-ucun-cox-onemlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR