Mançini Çində işləməkdən imtina edib

Mançini Çində işləməkdən imtina edib
07:37 11 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in eks baş məşqçisi Roberto Mançini Çində işləməkdən imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəsis "Shanghai Shenhua" klubundan gələn təklifi geri çevirib. Bu komandanı son olaraq Qriqorio Manzano çalışdırırdı. Mançini məşqçilik fəaliyyətini Avropada davam etdirmək istəyir. Onun adı İngiltərə millisi ilə də hallanırdı.

Qeyd edək ki, Şanxay təmsilçisində eks "İnter"li Freddi Quarin forma geyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR