Qırğız Respublikasının yeni hökumətinin tərkibi açıqlanıb

Qırğız Respublikasının yeni hökumətinin tərkibi açıqlanıb
14:37 11 Noyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Qırğız Respublikasının yeni hökuməti formalaşıb.
“Report” Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, prezident Almazbek Atambayev baş nazir, onun müavinləri və nazirlərin təyin edilməsi ilə bağlı fərman imzalayıb.
Məlumata görə, Sooronbay Jeebekov baş nazir postuna təyin edilib. Ümumiyyətlə, nazirlərin çoxu öz vəzifələrini qoruyub.
Xəbərdə bildirlib ki, “Kırqızıstan” fraksiyasından Çolpon Sultanbekova baş nazirin sosial məsələlər üzrə müavini təyin edilməklə Nazirlər Kabinetinin yeni üzvü olub. O, əvvəlki müavin Gülmira Kudayberdiyevanı bu postda əvəz edib. G.Kudayberdiyeva isə istefa vermiş təhsil naziri Elvira Sariyevanın yerinə təyin olunub. Uran Əhmətov ədliyyə naziri təyin olunaraq Jıldız Mametaliyevanı əvəz edib. Bundan başqa, daxili işlər, nəqliyyat, əmək və sosial inkişaf nazirləri dəyişdirilib. Hökumətin başqa üzvləri, o cümlədən xarici işlər naziri Erlan Abdıldayev və komitə sədrləri dəyişdirilməyib.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/qirgiz-respublikasinin-yeni-hokumetinin-terkibi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR