Rusiya Azərbaycandan gedən yük maşınlarının keçid prosedurlarını sürətləndirib

Rusiya Azərbaycandan gedən yük maşınlarının keçid prosedurlarını sürətləndirib
18:07 11 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar. 11 noyabr. REPORT.AZ/ Rusiya tərəfi Azərbaycandan gedən yük maşınlarının keçid prosedurlarını sürətləndirib. 
Bunu "Report"un Şimal bürosunun müxbirinə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya gömrükçülərinin görüşündən sonra buraxılış məntəqəsində tıxac qismən də olsa azalıb: "Görüş zamanı Rusiya gömrükçüləri ilə aparılan danışıqlardan sonra müsbət nəticə əldə olunub. İndi 50 yük maşını Rusiya tərəfinə keçib. Hazırda Azərbaycanda meyvə-tərəvəz mövsümüdür. Buna görə də sıxlığın yaranması təbii haldır. Azərbaycandan Rusiyaya gedən yük maşınlarının keçid prosedurlarının sürətləndirilməsi ilə bağlı ləngimələri aradan qaldırıb. Hazırda 150 yük maşını Rusiya tərəfinə keçmək üçün növbə gözləyir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR