Qalmaqal yaradan məşqçi PFL prezidenti oldu

Qalmaqal yaradan məşqçi PFL prezidenti oldu
19:27 11 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+


Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenekə yeni vəzifə verilib. Fanat.Az xəbər verir ki, 64 yaşlı mütəxəssis Fransa Peşəkar Futbol Liqasının (PFL) prezidenti təyin edilib.


Qeyd edək ki, Domenekin rəhbərlik etdiyi Fransa millisi DÇ-2010-da yer aldığı A qrupunda bir xal qazana bilmişdi. Komandada bəzi oyunçularla Domenek arasında böyük qalmaqal yaşanmış, Nikola Anelka baş məşqçini təhqir etdiyi üçün komandadan qovulmuşdu. Buna etiraz edən digər futbolçular məşqə çıxmaqdan imtina etdiyindən komanda iki yerə bölünmüşdü. 


Millinin qrupda mübarizəni dayandırmasından sonra başda prezident Nikola Sarkozi olmaqla Fransa hökuməti, parlamenti və siyasətçiləri olaya müdaxilə etdi. Vəziyyət o yerə çatdı ki, FİFA Fransa hökumətini hədələyərək, federasiyanın işinə qarışmamağı tələb etdi və əks halda sanksiyalar tətbiq edəcəyi ilə hədələdi.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qalmaqal-yaradan-mqci-pfl-prezidenti-oldu-t54076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR