Stilist Anar yenidən ailə quracaq: "Gəlsinlər toyumda yesinlər, içsinlər"

Stilist Anar yenidən ailə quracaq: "Gəlsinlər toyumda yesinlər, içsinlər"
16:59 12 Noyabr 2016
159 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış stilist Anar Ağakişiyev son günlər şəxsi həyatı barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib. Lent.az-a açıqlama verən stilist bildirib ki, uzun illər öncə boşanması xəbərini mediaya yayan şəxslər öz cəzalarını alacaqlar: “Bu məlumat hardansa sızıbsa, onlar öz cəzalarını alacaqlar. Niyə görə bu 10 il sonra mətbuata çıxdı? Ortada heç bir qüsur yoxdur. Adam öldürməmişəm ki... Sadəcə bunu məni sevməyənlər mətbuata ötürdülər. Qara piyar etməyə çalışdılar. Amma bu xəbərlə də məni yıxa bilmədilər. Çünki bir çox insanlar dəstək oldu. Bir də bu mövzu barədə danışmayacam. 18 ildir ki, bu işdəyəm, o gündən bu günə heç kimsə deyə bilməz ki, Anarın atasını, anasını və yaxınlarını tanıyıram. Evim, maşınım və valideynlərimlə reklam olmağı sevmirəm. Sənətimə də şəxsi həyatımla gəlməmişəm. Ona görə də şəxsi həyatım barədə mənə sual verməsinlər”

 

A.Ağakişiyev onu da əlavə edib ki, yenidən ailə qurmaq niyyətindədir: “Niyə də yox? Gələcəkdə ola bilsin... Amma bu barədə heç bir maqazin proqramı bilməyəcək. Bəziləri yalandan deyir ki, “Çəkiliş olmayacaq”, amma sonra toy kasetini özü yayır. Amma mən belə etməyəcəm. (gülür) Allah mənə o imkanı yaratsın ki, toyum üçün bir ideyam var, onu reallaşdırım. İstərdim ki, toyumun dəvətnamələri telefon şəklində paylayım. Və onlar da öz nömrələrini həmin telefona qoysunlar. Yəni mənim toyuma öz telefonları ilə gəlməsinlər. Gəlsinlər toyumda yesinlər, içsinlər, 3-4 gündən sonra isə şəkillərini götürsünlər. Toyumu 3-4 gün etmək fikrim yoxdur, bir gün olacaq”.

 

Stilsit ata olmaq istəyindən də danışıb: “İstəyirəm ki, çox uşağım olsun. Xüsusən də qız övladımın olmasını istəyirəm.  Amma qismət. Amma hələ ki, atalıq məsuliyyətini daşımağa hazır deyiləm. Övlad çox böyük məsuliyyətdir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR