Səudiyyə Ərəbistanı kralının qardaşı vəfat edib

Səudiyyə Ərəbistanı kralının qardaşı vəfat edib
20:05 12 Noyabr 2016
100 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı kralının doğma qardaşı şahzadə Turki İbn Abdel Əziz Əl-Saud şənbə günü dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi "SPA" məlumat verir.

Şahzadə ömrünün son illərində rəsmi vəzifə daşımayıb, 1968-1978-ci illərdə krallıqda müdafiə nazirinin müavini vəzifəsini icra edib.

Kral sarayı 3 gün ərzində şahzadənin vəfatı ilə əlaqədar başsağlıqları qəbul edəcəyini bəyan edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR