Prezident seçkisi ilə bağlı səvh proqnoz verən ABŞ politoloqu efirdə böcək yeyib

Prezident seçkisi ilə bağlı səvh proqnoz verən ABŞ politoloqu efirdə böcək yeyib
03:07 13 Noyabr 2016
191 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Donald Tramp qələbə qazanacağı təqdirdə böcək yeyəcəyini söz verən politoloq Sem Vonq öz sözünü tutaraq CNN telekanalının efirində böcək yeyib.
“Report”un məlumatına görə, ictimai sorğuların aparılması üzrə ekspert olan Sem Vonq CNN aparıcısı ilə söhbət zamanı böcəklərlə dolu qab çıxarıb və yemək niyyətində olduğunu bildirib. Aparıcıdan təsdiq cavabı alan Vonq həşəratı bala batıraraq yeyib.
“Sən bunu etdin! Sən sözünü tutdun”, - aparıcı gülərək bildirib.
Qeyd edək ki, Donald Tramp ABŞ-da noyabrın 8-də keçirilən seçkidə 290 səs sayı toplayaraq qalib gəlib. Seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra öz vəzifəsinin icrasına başlayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR