2030-cu ildə xəstəxanalara tələbat qalmayacaq – KƏŞF

2030-cu ildə xəstəxanalara tələbat qalmayacaq – KƏŞF
21:33 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerikalı alimlər əmindirlər ki, 2030-cu ildə insanların xəstəxanalara ehtiyacı qalmayacaq. Çünki bütün dünyada personallaşdırılmış tibb fəal surətdə inkişaf edəcək. Onların fikrincə, müalicədə nanotexnologiyadan da fəal şəkildə istifadə ediləcək.

Mütəxəssislərin qənaətincə, yaxın onillik ərzində insanlar zərurət olduqda ev şəraitində müalicə olunacaqlar. Xəstəxana şəraitində müalicəyə nadir hallarda ehtiyac yaranacaq. Alimlər əmindirlər ki, yaxın illərdə bəşəriyyət əksər xəstəliklərə qalib gələcək. Həmçinin hazırda tibb elmi xəstəliklərlə bağlı erkən xəbərdarlıqların verilməsi istiqamətində sürətlə inkişaf edir.

"Yaxın zamanlarda bədbəxt hadisələr sıfıra enəcək. Regenerativ tibb o səviyyəyə çatacaq ki, insanların əksəriyyətini xəstəliklərdən xilas etmək və ömürlərini uzatmaq mümkün olacaq. Həkimlər xəstənin vəziyyəti ilə bağlı bütün informasiyaları smartfonların köməyi ilə əldə edə biləcəklər", - deyə mütəxəssislər bildiriblər. Onlar əmindirlər ki, zamanla insan orqanizminin vəziyyətini saniyələr ərzində oxuyub ötürmək qabiliyyətinə malik şəffaf skaynerlər yaradılacaq. Həkimlər uzaq məsafədən smartfonların köməyi ilə xəstənin orqanizmində baş verən prosesləri izləmək imkanına malik olacaq.

"Bu, texnologiyanın insanlara yaradacağı imkanlardır. Daha bir neçə onillik sonra isə, insanlar həkimin köməyi olmadan da öz xəstəlikləri barədə, texnikanın köməyi ilə hər şeyi öyrənə biləcəklər", - deyə Çikaqo Tibb Universitetinin alimləri bildiriblər. Yeni nəsil tibbi xidmət avadanlıqları, nəinki xəstəliklər barədə məsafədən diaqnoz qoymağa, hətta ənənəvi olmayan cərrahiyyə əməliyyatlarını da həyata keçirməyə imkan verəcək. Belə ki, gələcəkdə daxili orqanlardakı cərrahiyyə əməliyyatlarını mikrorobotlar həyata keçirəcək. Zərurət yarandıqda insan dərhal 3D nəşrinin köməyi ilə yeni orqan əldə edə biləcək. Gələcəkdə müalicəsi çətin, ya da mümkünsüz olan bir çox xəstəliklərdən genləri dəyişmək, ya da o xəstəliyin yaranmasına səbəb olan genlərin fəaliyyətini dayandırmaqla yaxa qurtarmaq mümkün olacaq. (sputnik)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/175925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR