Xalq artistinin oğlu: “Həkimlər əllərindən gələni edir ki, atam yaşasın”

Xalq artistinin oğlu: “Həkimlər əllərindən gələni edir ki, atam yaşasın”
14:03 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Hər iki ayağı amputasiya olunan Xalq artisti Muxtar Maniyev həkim nəzarətində müalicəsini ev şəraitində davam etdirir.

Publika.az-a açıqlama verən Xalq artistinin oğlu Tural Maniyev atasının son günlər şəkərli diabetdən və təzyiq “oynamasından” əziyyət çəkdiyini deyib:

“Atam mütəmadi həkim nəzarətindədir, onu dava-dərmanla saxlayırıq. Son vaxtlar havaların soyuması ilə əlaqədar səhhətində narahatlıqlar oldu. Şəkərli diabet və təzyiq “oynamasından” əziyyət çəkdiyi üçün həkimlər ona müəyyən qadağalar qoyub. Deyirlər mütləq pəhriz saxlamalıdır. Əvvəllər buna o qədər də riayət etmədiyi üçün səhhətində müəyyən problemlər yaranmışdı. İndi pəhriz saxlayır. Allaha təvəkkül, həkimlər də, biz də əlimizdən gələni edirik ki, atam çox yaşasın”.

Cəvahir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR