Kamran Ağayevin klubundan saxtakarlıq

Kamran Ağayevin klubundan saxtakarlıq
18:37 15 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın futbolçuları Kamran Ağayev Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın "Boavişta" klubunun sabiq futbolçusu Üçe Novoforla problemi var.

Qafqazinfo xəbər verir ki, Portu təmsilçisi 25 yaşlı nigeriyalı futbolçunu aldadıb. Belə ki, klub ona olan 110 min avronu verməkdən imtina edir. "Boavişta" futboçuya olan borcları ödəmək üçün sənədlərə qol çəksə də, həmin sənədlər saxta olub. 

Bunu futbolçunun özü Nigeriya mətbuatına açıqlamasında deyib: "Mövsümün gedişi zamanı "Boavişta" mənim maaşımı azaltmağa cəhd etdi və mən bununla razılaşmadım. Daha sonra onlar mənimlə müqaviləyə xitam verdilər. Klub müqaviləmə son qoysa da, mənə ödəniləcək təzminatı verməkdən imtina etdi. Onlar yalançı sənədlərə qol çəkib, başımı aldatdılar. Məsələ ilə bağlı FİFA-a ya şikayət etmişəm. Ümid edirəm ki, məsələ həllini tapacaq". 

Qeyd edək ki, Üçe hazırda "Trençin" klubunda çıxış edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR