16 NOYABR

16 NOYABR
09:18 16 Noyabr 2016
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

1945-ci il. BMT-nin ixtisaslaşmış qurumu olan Elm, Təhsil və Mədəniyyət Təşkilatı – UNESCO təsis edilib. Hazırda öz ətrafında 195 ölkəni və 10 assosiativ üzvü birləşdirən UNESCO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatı ilə fəal əməkdaşlıq edir. Azərbaycan Respublikası bu təşkilata 1992-ci il iyunun 3-də üzv olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir. Ölkəmizin tarixi-mədəni irsinin bir sıra nümunələri UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına, Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına və Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

1906-cı il. Azərbaycanın Xalq Artisti, rəssamı, dekorativ sənət ustası, xalçaçı Lətif Kərimov anadan olub (1906-1991). O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalçanın həmmüəllifidir. Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərinin rəngli reproduksiyasını hazırlayıb. L.Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda Xalça Muzeyi təşkil olunub.
1988-ci il. Benazir Bhutto (1953-2007) Pakistanın Baş naziri seçilib. Bununla da o, müsəlman dünyasında hökumət başçısı vəzifəsinə seçilən ilk qadın kimi tarixə düşüb. 2007-ci ilin dekabrında terror aktı nəticəsində həlak olub.

Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/176093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR