"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 23,22% azalıb.
Bu müddətdə idxal əməliyyatlarının həcmi illik 6,64% azalaraq 6 957 998,81 min dollar, ixrac əməliyyatlarının həcmi 34,48% azalaraq 7 195 699,01 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 dəfə azalaraq 237 700,2 min dollara enib.
Bu müddətdə ölkəyə 7 109 çeşiddə mal idxal olunduğu halda, ixrac çeşidi cəmi 2 717 ədəd olub.