“Lider Jazz FM” 17 yaşını qeyd edib.
Axşam.az-ın məlumatına görə, bu münasibətlə “Park Bulvar”da konsert proqramı təşkil edilib.
Gecədə sənət aləminin tanınmış simaları mahnılar səsləndiriblər.
Aparıcılığını Murad Arif, Könül Muxtarova, Tofiq Həsənsoy, Kama Nasirqızının etdiyi konsertdə xalq artisti Faiq Ağayev, əməkdar artistlər Elza Seyidcahan, Sevda Ələkbərzadə, Ədalət Şükürov, müğənnilər Elton Hüseynəliyev, meyxanaçı Namiq Qaraçuxurlu və başqaları yer alıb.