Siyəzəndə 33 yaşlı gənc qatarın altında qalıb

Siyəzəndə 33 yaşlı gənc qatarın altında qalıb
06:47 17 Noyabr 2016
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən. 17 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Siyəzəndə 1 nəfərin qatarın altında qalması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, saat 05:10 radələrində Siyəzən rayonunun Gilgilçay stansiyasında, 1983-cü il təvəllüdlü yerli sakin Qurbanov Mirzəxan Elşad oğlu təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən yıxılaraq qatarın altına düşüb.
Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə aparılıb. "Hər iki baldırın aşağı 3/1-nin amputasiyası, post - travmatik şok" diaqnozu qoyulan zərərçəkən Cərrahiyyə şöbəsində əməliyyat olunub.
Xəsarət alan şəxs həmin qatarın maşinist-köməkçisi olub. Hadisə növbəni təhvil verib, evə gedərkən qeydə alınıb.
Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/siyezende-yerli-sakin-qatarin-altinda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR