V.Əhmədov bildirib ki, manatı qorumaq üçün AMB 11 mlrd. dollardan çox vəsait xərcləyib: "Əvvəllər deyirdik ki, neftin qiyməti bazardan asılıdır. Amma indi görürük ki, bu siyasi proseslərdən asılıdır. Bəzi dövlətlər Rusiyanı sıxmaq üçün belə edir".
Deputat deyib ki, gələn il Azərbaycanda 33 rayona dotasiya ayrılmayacaq: "Bu vaxta qədər 6 rayona dotasiya verilmirdi. Amma yeni büdcədə bu, 33 olacaq".