"Rusiyanın Ermənistanla qoşunların birləşmiş qruplaşmasını yaratması anlaşılan deyil"

"Rusiyanın Ermənistanla qoşunların birləşmiş qruplaşmasını yaratması anlaşılan deyil"
13:17 18 Noyabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsinə münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, M. Brayza ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu addımı necə atdığını anlamadığını deyib.
 
Onun sözlərinə görə, V. Putin Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas iştirakçı olduğunu sübut etmək istəyirsə, belə addımlar atmamalıdır.
 
M. Brayza qeyd edib ki, hər iki tərəf - Azərbaycan və Ermənistan danışıqlar masası arxasına qayıdıb, müzakirələr aparmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR