Fikri Işık: "Türkiyə Rusiya ilə S-400 sistemlərinin alınması barədə danışıqlar aparır"

Fikri Işık: "Türkiyə Rusiya ilə S-400 sistemlərinin alınması barədə danışıqlar aparır"
14:27 18 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ "Türkiyə uzaq və orta mənzilli S-400 zenit-raket sistemlərinin alınmasına dair Rusiya ilə danışıqlar aparır."
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.
O deyib ki, raket əleyhinə müdafiə sistemi üzrə işlər davam etdirilir. 
"S-400 zenit-raket sistemlərinin satın alınmasına dair yalnız Rusiya ilə yox, həm də analoji sistemləri olan digər ölkələrlə danışıqlar aparırıq. İndi Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. NATO-ya üzv ölkələrin bu məsələyə ciddi yanaşacağına və sistemimizin Alyansın tələblərinə uyğun olacağına ümid edirik. Bu, Rusiyanın təklifinin qəbul olunması anlamına gəlmir, bütün variantları təhlil edəcəyik. Bu işdə yekun məqsəd sistemlərin öz ölkəmizdə istehsalını təşkil etməkdir", - deyə F.Işık NTV telekanalının edirində söyləyib.
Xatırladaq ki, Türkiyə ilk dəfə 2009-ci ildə S-400 raket kompleksləri ilə maraqlansa da, o zaman əməkdaşlıq dayandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fikri-isik-turkiye-rusiya-ile-s-400-sistemlerinin-alinmasi-barede-danisiqlar-aparir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR